Digər

Çinin bu kanalı nəzarətə götürməsinə imkan vermərik - Tramp

02 Jul 2026, 01:20 2 baxış
Çinin bu kanalı nəzarətə götürməsinə imkan vermərik - Tramp

ABŞ Panama kanalını heç vaxt təhvil verməməli idi.


Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Şimali Dakotada Ruzvelt Prezident Kitabxanasının açılış mərasimində deyib.


O, Çinin hazırda strateji su yolunu nəzarətə götürməyə çalışdığı barədə xəbərdarlıq edib.


"Biz buna imkan verməyəcəyik”,- deyə Tramp bildirib.


Qeyd edək ki, kanal XX əsrin böyük hissəsində ABŞ-ın nəzarətində olub, 1977-ci ildə imzalanan Torrixos-Karter müqavilələrinə əsasən, ABŞ nəzarəti tədricən mərhələli şəkildə Panamaya təhvil verib. 31 dekabr 1999-cu il tarixindən etibarən kanalın idarəçiliyi tam olaraq Panamaya keçib.

Mənbə axar.az

Oxşar Xəbərlər