İdman
DÇ-2026: Belçika əzmkar qələbə qazanaraq 1/8 finala çıxdı
Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) 1/16 final mərhələsi çərçivəsində Belçika - Seneqal oyunu keçirilib. Oxu.Az xəbər verir ki, ABŞ-nin Sietl şəhərində baş tutan qarşılaşmanın əsas vaxtı heç-heçə yekunlaşıb - 2:2. Afrika təmsilçisindən Habib Diarra (24-cü dəqiqə), İsmaila Sarr (54-cü dəqiqə), Avropa təmsilçisindən isə Romelu Lukaku (86-cı dəqiqə) və Yuri Tilemans (89-cu dəqiqə) fərqləniblər. Əlavə vaxtın son dəqiqələrində Yuri Tilemans daha bir qol vuraraq (penaltidən 120+5-ci dəqiqə) Belçikanın 3:2 hesablı qələbəsini təmin edib. Qeyd edək ki, Belçika 1/8 final mərhələsində ABŞ - Bosniya və Herseqovina cütünün qalibi ilə qarşılaşacaq.
Mənbə
oxu.az