Kriminal

Samuxda yük avtomobili çaya aşdı, ölən var

01 Jul 2026, 21:08 1 baxış
Samuxda yük avtomobili çaya aşdı, ölən var

Samuxda yük avtomobili çaya aşıb, ölən var.


Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Burunqovaq kəndinə yaxın ərazidə qeydə alınıb.


Belə ki, MAZ markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib və maşın yoldan çıxaraq çaya düşüb. Nəticədə yük maşınının içərisində olan üç nəfərdən biri çayda boğularaq ölüb, digərləri isə sudan çıxa biliblər.


Əraziyə adiyyəti qurumların əməkdaşları cəlb edilib, ölən şəxsin axtarışları aparılır.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər