Digər

Novakdan Rusiyadakı yanacaq qıtlığı barədə açıqlama

01 Jul 2026, 21:36 1 baxış
Novakdan Rusiyadakı yanacaq qıtlığı barədə açıqlama

Rusiyanın daxili bazarı benzin və dizel yanacağı ilə tam təmin olunub.


Axar.az xəbər verir ki, bunu Maliyyə Konqresində çıxış edən Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.


O vurğulayıb ki, Rusiyanın şaquli inteqrasiya olunmuş neft şirkətləri yanacaqdoldurma məntəqələrində yanacaq qiymətlərini inflyasiya diapazonunda saxlayır:


“Müstəqil şirkətlərin yanacaqdoldurma məntəqələrində yanacaq qiymətlərində müəyyən fərq var, lakin bu vəziyyət bərabərləşməlidir”.


Qeyd edək ki, bu gün Rusiyanın benzin çatışmazlığını aradan qaldırmaq üçün Hindistandan benzin aldığı barədə xəbər yayılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər