Cəmiyyət

Azərbaycanla problemləri güc yolu ilə həll etmək... - General

01 Jul 2026, 21:46 1 baxış
Azərbaycanla problemləri güc yolu ilə həll etmək... - General

Azərbaycan öz ərazisindən İrana qarşı "sionist rejimin" dayaq məntəqəsi kimi istifadə olunmasına icazə verməyəcəyinə dair birbaşa təminat vermişdi. Bu təminat Bakı ilə dialoqun inkişafında həlledici rol oynadı.


Axar.az Bakupost-a istinadən xəbər verir ki, bunu iranlı general Yəhya Rəhim Səfəvi bildirib.


"Eyni zamanda mən bəzən İranın Azərbaycanla problemləri yalnız güc yolu ilə həll etməklə bağlı çağırışlar eşidirəm. Lakin bu ifrata varmaqdır. İki ölkə arasında problemlər, fikir ayrılıqları var. Lakin eyni zamanda unutmaq olmaz ki, iki ölkəni birləşdirən və onlar arasında körpü rolunu oynayan ortaq din, keçmiş, mədəniyyət və ən əsası azərbaycanlı icması var", - o əlavə edib.

Mənbə axar.az

Oxşar Xəbərlər