İdman

KİV: Türkiyə Superliqasının klubu Elvin Cəfərquliyevlə maraqlanır

01 Jul 2026, 21:00 2 baxış
KİV: Türkiyə Superliqasının klubu Elvin Cəfərquliyevlə maraqlanır
Türkiyənin "Göztepe" futbol klubu "Qarabağ"ın sol cinah müdafiəçisi Elvin Cəfərquliyevlə yaxından maraqlanır. Oxu.Az bu barədə İHA agentliyinə istinadən xəbər verir. İzmir təmsilçisinin qısa müddət ərzində rəsmi təmaslara başlayacağı və 25 yaşlı futbolçu üçün rəsmi təklif göndərəcəyi gözlənilir. "Qarabağ"la 2027-ci ilə qədər müqaviləsi olan Cəfərquliyevin komandadan ayrılmağa müsbət yanaşdığı bildirilir. Tərəflərin yaxın günlərdə danışıqlara başlayacağı və müzakirələrin müsbət irəliləyəcəyi təqdirdə, transfer üçün rəsmi addımların atılacağı gözlənilir. Ötən mövsüm "Qarabağ" forması ilə bütün turnirlərdə ümumilikdə 42 matça çıxan Cəfərquliyev bu oyunlarda iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər