İdman
Aleksandr Plyuşenkonun Azərbaycan bayrağı altında çıxış etməsinə icazə verilib
Fiqurlu konkisürən Aleksandr Plyuşenkonun 2026/2027 mövsümündən etibarən beynəlxalq yarışlarda Azərbaycan bayrağı altında çıxış etməsinə icazə verilib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyasından bildirilib. Qeyd olunub ki, məsələ ilə bağlı Beynəlxalq Fiqurlu Konkisürmə Federasiyasına ünvanlanan müraciət müsbət qiymətləndirilib və idmançının Azərbaycanı beynəlxalq arenada təmsil etməsinə rəsmi şəkildə razılıq verilib. Azərbaycan Qış İdman Növləri Federasiyası qarşıdakı dövrdə də fiqurlu konkisürmə ilə yanaşı, digər qış idman növlərinin inkişafı, perspektivli idmançıların cəlb olunması, paralel olaraq yerli idmançıların hazırlanması və Azərbaycanın beynəlxalq idman aləmində mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Mənbə
oxu.az