İdman
Laporta "Barselona"da prezidentlik vəzifəsinin icrasına başladı
Xuan Laporta yenidən prezidenti seçildiyi "Barselona"da vəzifəsinin icrasına başlayıb. Oxu.Az championat.com-a istinadən xəbər verir ki, bu gün ispaniyalı futbol funksionerinin inauqurasiya mərasimi keçirilib. "Biz mürəkkəb vəziyyətlərlə üzləşdik, bütün maneələri aşdıq və indi tam əminliklə deyə bilərik ki, geri dönmüşük, yenidən ayaq üstə möhkəm dayanmışıq. Rəqabətədavamlı idik və qələbələr qazandıq. İnanıram ki, qarşıdan gələn illər olduqca maraqlı keçəcək. Bu, güclü "Barselona"nın daha da möhkəmlənməsi mərhələsinə çevriləcək", - deyə Laporta bildirib. Xatırladaq ki, Laporta martın 15-də Kataloniya klubunun rəhbəri postuna yenidən seçilib. O, bundan əvvəl 2003-2010 və 2021-2026-cı illərdə də bu vəzifəni icra edib.
Mənbə
oxu.az