İdman
FIFA prezidenti Trampa DÇ-2026-nın finalına biletlər hədiyyə edib
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino ABŞ lideri Donald Trampa futbol üzrə dünya çempionatının (DÇ-2026) final matçına biletlər bağışlayıb. Oxu.Az xəbər verir ki, bu barədə Ağ Ev rəhbərinin illik maliyyə hesabatına istinadən "RİA Novosti" agentliyi xəbər yayıb. Hesabat məlumatlarında qeyd edilir ki, FIFA rəhbəri Trampa Nyu-Cersi ştatının İst-Raterford şəhərində keçiriləcək oyun üçün ümumi dəyəri 15 min dollar olan 10 ədəd bilet hədiyyə edib. Dünya çempionatının həlledici matçına biletlərin satışı hələ də davam edir. Satışla məşğul olan onlayn platformada ən bahalı biletin qiyməti 42 min dollar, ən ucuz bilet isə 12 min dollar olaraq qiymətləndirilir. Qeyd edək ki, DÇ-2026 iyunun 11-də start götürüb və iyulun 19-na qədər ABŞ, Meksika və Kanadada reallaşacaq.
Mənbə
oxu.az