İdman
"Qarabağ" Ukrayna klubuna böyük hesabla məğlub oldu
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" sözügedən ölkədə daha bir yoxlama oyunu keçirib. Oxu.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv Ukrayna təmsilçisi "Xarkov"la üz-üzə gəlib. Qarşılaşma rəqibin 6:2 hesablı qələbəsi ilə bitib. Komandamızın qollarını Jali Muaddib və penaltidən Kadi Borges vurublar. "Köhlən atlar" bu gün daha bir yoxlama matçına çıxacaq. Ağdam klubu Bakı vaxtı ilə saat 19:30-da start götürəcək oyunda Macarıstan təmsilçisi "Ferentsvaroş"la qarşılaşacaq.
Mənbə
oxu.az