İdman
"Şəfa"dan yeni mövsüm öncəsi ilk legioner transferi
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Şəfa" futbol klubu ilk legioner futbolçu transferini reallaşdırıb. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi Vlad Marian Pop Bakı klubunun heyətinə cəlb olunub. Rumıniyalı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb. Rumıniyanın U-21 millisinin sabiq üzvü olan Vlad Marian Pop son olaraq "Unirya"nın (Sloboziya) formasını geyinib. 25 yaşlı futbolçu karyerası ərzində "Universitatya" (Krayova) və "Mioveni" klublarda da çıxış edib.
Mənbə
oxu.az