Kriminal
Goranboyda həkim qadının meyiti göldən tapıldı
Goranboy rayonunda göldə qadın meyiti aşkarlanıb. Oxu.Az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Səfikürd kəndi ərazisində baş verib. Kənd sakini, 1973-cü il təvəllüdlü Sevda Nəbiyevanın meyiti göldən tapılıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisənin hansı şəraitdə baş verdiyi bilinmir. Məlumata görə, S.Nuriyeva Goranboy Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində həkim kimi çalışırmış. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Mənbə
oxu.az