Kriminal
Biləcəridə yanğın baş verib
Bakı şəhərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsində yanğın baş verib. Oxu.Az xəbər verir ki, hadisə bu gün saat 15:00-da baş verib. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Biləcəri qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində məişət və taxta tullantıları yığılmış sahədə baş vermiş yanğın qısa müddətdə söndürülüb. Ərazidən görüntünü təqdim edirik:
Mənbə
oxu.az