İdman

Azərbaycan idmançılarının yeni reytinqi açıqlandı - SİYAHI

01 Jul 2026, 16:52 2 baxış
Azərbaycan idmançılarının yeni reytinqi açıqlandı - SİYAHI
Azərbaycan idmançılarının 2026-cı ilin iyul ayı üçün reytinq cədvəli açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb. Yunan-roma güləşçisi Həsrət Cəfərov (480 xal) birinci sıradakı mövqeyini qoruyub. Sərbəst güləşçi Giorgi Meşvildişvili (460 xal) ikinci pillədə qərarlaşıb. Digər sərbəst güləşçi Arseniy Djioyev (420 xal) ilk "üçlüy"ə yekun vurur. Növbəti sıralarda Səidcəmşid Cəfərov (boks, 400 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal), Ülvü Qənizadə (yunan-Roma güləşi, 300 xal), Nurəddin Novruzov (sərbəst güləş, 270 xal), Qaşim Maqomedov (taekvondo, 270 xal), Hidayət Heydərov (cüdo, 270 xal) və İslam Bazarqanov (sərbəst güləş, 265 xal) yer alıblar.
Azərbaycan idmançılarının yeni reytinqi açıqlandı - SİYAHI Azərbaycan idmançılarının yeni reytinqi açıqlandı - SİYAHI
Mənbə oxu.az

Oxşar Xəbərlər