Digər

İngiltərədə təyyarə qəzası: ölənlər var

01 Jul 2026, 16:15 1 baxış
İngiltərədə təyyarə qəzası: ölənlər var

Esseks qraflığında (İngiltərənin cənub-şərqi - red.) Nort-Uild aerodromundan havaya qalxan yüngül mühərrikli təyyarə tarlada qəzaya uğrayıb.


Axar.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.


Bildirilib ki, qəza zamanı 2 nəfər ölüb:


"İkiyerlik "Cessna" təyyarəsi qısa uçuş həyata keçirirdi, lakin təəssüf ki, geri qayıtmayıb. Ölənlərin şəxsiyyəti hələ rəsmi olaraq müəyyənləşdirilməyib".


Qəzanın səbəbləri araşdırılır.

Mənbə axar.az

Oxşar Xəbərlər