Cəmiyyət

Elnur Hidayətoğlu TƏBİB-dən getdi

01 Jul 2026, 16:30 2 baxış
Elnur Hidayətoğlu TƏBİB-dən getdi

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Elnur Hidayətoğlu işindən ayrılıb.


Axar.az xəbər verir ki, bu barədə o, Feysbuk hesabında yazıb.


“Bu gündən etibarən öz təşəbbüsümlə TƏBİB-dəki işimdən ayrılıram. 5 ildən artıqdır ki, tibb sahəsində PR rəhbəri kimi çalışırdım. 2021-ci ildən Kliniki Tibbi Mərkəzdə İctimaiyyətlə əlaqələr bölməsinin müdiri, 2022-ci ildən Bakı Baş Səhiyyə Mərkəzində (BBSM) İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri və 2023-cü ilin dekabr ayından isə TƏBİB-də İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi fəaliyyət göstərirdim. Ölkənin ən böyük dövlət xəstəxanalarının birində işləməklə xəstəxana sistemini, BBSM-də işləməklə poliklinika, yəni ilkin səhiyyə xidmətini yaxından öyrəndim. TƏBİB aparatında işləmək isə mənə səhiyyənin idarə olunması sahəsində təcrübə qazandırdı”, - Hidayətoğlu əlavə edib.

Mənbə axar.az

Oxşar Xəbərlər