İdman
Fransa yığmasından dünya çempionatları tarixində mütləq rekord
Fransa milli komandası dünya çempionatlarında ardıcıl beş oyunda üç və ya daha çox qol vuran ilk yığma kimi tarixə düşüb. Oxu.Az xəbər verir ki, bu barədə "Squawka" sosial şəbəkə hesabında məlumat yayıb. Fransa yığması dünya çempionatının (DÇ-2026) 1/16 final mərhələsi çərçivəsində İsveç seçməsi üzərində 3:0 hesablı qələbə qazanıb. Qeyd edək ki, fransızlar cari turnirdə bundan əvvəl Norveç (4:1), İraq (3:0) və Seneqalı (3:1) məğlub ediblər. 2022-ci ildə baş tutan mundialın final matçında isə Fransa komandası Argentina millisinə uduzmuşdu - 3:3 (penaltilər seriyasında 2:4). Xatırladaq ki, DÇ-2026-nın 1/8 final mərhələsində Fransa millisi iyulun 6-da Paraqvay yığması ilə üz-üzə gələcək.
Mənbə
oxu.az