İdman

DÇ-2026-da dramatik oyun: Meksika 1/8 finala yüksəldi - VİDEO

01 Jul 2026, 08:10 1 baxış
DÇ-2026-da dramatik oyun: Meksika 1/8 finala yüksəldi - VİDEO
Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsi çərçivəsində Meksika - Ekvador oyunu keçirilib. Oxu.Az xəbər verir ki, qarşılaşma Meksika yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Belə ki, 22-ci dəqiqədə Xulian Kinones və 31-ci dəqiqədə Raul Ximenes fərqlənərək Meksikanı 1/8 finala daşıyıblar.

Qarşılaşmanın əsas vaxtına əlavə edilmiş dəqiqələrdə Evkadorun futbolçusu Piyer İnkapye mübahisə zamanı ağzını əli ilə örtdüyünə görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Mənbə oxu.az

Oxşar Xəbərlər