İdman
Dördqat NBA çempionu Lebron Ceyms komandasını dəyişmək qərarına gəlib
Milli Basketbol Assosiasiyasının (NBA) dördqat çempionu, "Los-Anceles Leykers" klubunun forvardı Lebron Ceyms komandasını dəyişmək qərarına gəlib. Oxu.Az xəbər verir ki, bu barədə tanınmış insayder Şems Çaraniya basketbolçunun agenti Riç Pola istinadən "X" sosial şəbəkəsində məlumat yayıb. Məlumata görə, 41 yaşlı basketbolçu qərarı barədə artıq klub rəhbərliyini məlumatlandırıb. Bildirilir ki, onun transferi üçün əsas namizədlərdən biri "Qolden Steyt Uorriors" klubudur. Lebron Ceyms səkkiz mövsümdən sonra "Los-Anceles Leykers"lə yollarını ayırmağa hazırlaşır. O, 2020-ci ildə komandanın NBA çempionu olmasında mühüm rol oynayıb. Təcrübəli forvard daha əvvəl 2012 və 2013-cü illərdə "Mayami Hit", 2016-cı ildə isə "Klivlend Kavalyers"in heyətində də NBA çempionu olub.
Mənbə
oxu.az