Kriminal

Sumqayıtda ağır qəza: Yanacaqdaşıyan maşın qatarla toqquşdu - VİDEO

01 Jul 2026, 00:56 1 baxış
Sumqayıtda ağır qəza: Yanacaqdaşıyan maşın qatarla toqquşdu - VİDEO
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yanacaqdaşıyan avtomobillə qatarın toqquşması barədə məlumat daxil olub. Oxu.Az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub. Baş vermiş qəza zamanı yanacaqdaşıyan avtomobildən ətrafa dağılan yanacaq təhlükəsizlik tədbirləri çərçivəsində yuyularaq mümkün yanğın təhlükəsi aradan qaldırılıb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Quba-Bakı avtomobil yolunda qəza baş verib. Oxu.Az xəbər verir ki, ilkin məlumata görə, yük maşını qatarla toqquşub. Qəza nəticəsində ölən olmayıb. Yük maşınının sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər