İdman

Messi "hörümçək adam"la birgə uçdu - VİDEO

30 Jun 2026, 23:48 2 baxış
Messi "hörümçək adam"la birgə uçdu - VİDEO
Argentina millisinin kapitanı Lionel Messi "Sony Pictures" kinostudiyasının yeni "Hörümçək adam: Yeni gün" filminin tanıtım çarxında rol alıb. Oxu.Az xəbər verir ki, bu barədə kinostudiya "X" sosial şəbəkəsində paylaşım edib. Videonun süjetinə əsasən, Messi Nyu-Yorkdakı mağazalardan birinə daxil olur və burada Piter Parkerlə (britaniyalı aktyor Tom Hollandın ifasında) qarşılaşır.

Futbolçunu görən Parker təəccübdən yerə yıxılır, daha sonra isə ondan burada nə etdiyini soruşur. Messi telefonundakı tətbiqi göstərərək "hörümçək adam"ı axtardığını bildirir. Bundan sonra Parker hiss etdirmədən superqəhrəman kostyumunu geyinir və Messidən yüksəklikdən qorxub-qorxmadığını soruşur. Video boyu yalnız ispan dilində danışan argentinalı futbolçu bu sualı anlamır. Növbəti kadrda isə o, artıq "hörümçək adam"la birlikdə Nyu-Yorkun üzərində uçur. Filmin dünya premyerasının iyulun 29-da keçirilməsi planlaşdırılır. Qeyd edək ki, 2026-cı il dünya çempionatında Lionel Messi altı qolla bombardirlər siyahısına başçılıq edir. Argentina millisi 1/16 final mərhələsində iyulun 3-də Mayamidə Kabo-Verde seçməsi ilə qarşılaşacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər