İdman

"Zirə" "Iğdır"a məğlub olub

30 Jun 2026, 22:48 1 baxış
"Zirə" "Iğdır"a məğlub olub
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" bu gün növbəti yoxlama oyununu keçirib. Oxu.Az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv yerli "Iğdır" komandası ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə bitib. "Zirə"nin heyətində Yeqor Boqomolski dubl edib, digər qolu Elçin Əlicanov vurub. Xatırladaq ki, "Zirə" qonşu ölkədəki ilk matçında Özbəkistan təmsilçisi "Navbahor"a 1:3 hesabı ilə uduzub. "Qartallar" Bakıda keçirdiyi qarşılaşmada "Qarabağ"a 3:4 hesabı ilə məğlub olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər