İdman
DÇ-2026: Norveç Braziliyaya rəqib oldu
Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) 1/16 final mərhələsinin növbəti oyunu keçirilib. Oxu.Az xəbər verir ki, ABŞ-nin Arlinqton şəhərində baş tutmuş qarşılaşmada Kot-d'İvuar və Norveç milliləri üz-üzə gəliblər. Matçın 39-cu dəqiqəsində Antonio Nusa Avropa təmsilçisini hesabda önə çıxarıb. 74-cü dəqiqədə Amad Diallo bərabərlik qolunu vurub. Erlinq Holand 86-cı dəqiqədə səhnəyə çıxaraq Norveç millisinin 2:1 hesablı qələbəsini təmin edib. Qeyd edək ki, Norveç 1/8 final mərhələsində Braziliya yığması ilə qarşılaşacaq.
Mənbə
oxu.az