İdman
"Milan" PSJ-dən hücumçu aldı
İtaliyanın "Milan" klubu Fransanın PSJ komandasının hücumçusu Qonsalu Ramuşun transferini rəsmən açıqlayıb. Oxu.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı portuqaliyalı futbolçu "rossoneri" ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. KİV-in yaydığı məlumata görə, "Milan" bu transfer üçün PSJ-yə 70 milyon avro ödəyib. Qonsalu Ramuş ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 45 oyuna çıxıb, 12 qola imza atıb və iki məhsuldar ötürmə verib.
Mənbə
oxu.az