İdman

Manuel Noyer Almaniya millisində karyerasını başa vurdu

30 Jun 2026, 19:48 2 baxış
Manuel Noyer Almaniya millisində karyerasını başa vurdu
Almaniya yığmasının məşhur qapıçısı Manuel Noyer milli komandada karyerasını başa vurduğunu bəyan edib. Oxu.Az xəbər verir ki, bu barədə "Bayern & Germany"nin sosial şəbəkə hesabında məlumat açıqlanıb. "Bütün bunların məhz bu şəkildə yekunlaşması olduqca acınacaqlıdır", - deyə qapıçı bildirib. 40 yaşlı almaniyalı dünya çempionatlarında keçirdiyi matçların sayına görə qapıçılar arasında rekorda sahibdir (23 oyun). O, Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionu tituluna sahib çıxıb. Qeyd edək ki, Almaniya yığması dünya çempionatında (DÇ-2026) mübarizəni 1/16 final mərhələsində, Paraqvay komandasına uduzaraq dayandırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər