Kriminal
"Beniz"in məhkəmə istintaqı yekunlaşır
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən "Beniz" ləqəbli bloqer Aybəniz Xəlilovanın barəsindəki cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin ifadələrinin dinlənilməsi mərhələsi yekunlaşdırıldıqdan sonra məhkəmə sənədlərin tədqiqinə başlayıb. Növbəti iclas iyulun 7-nə təyin edilib. Xatırladaq ki, tiktokerdən sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Hüquq-mühafizə orqanları tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Şikayətçi ərizəsində Aybəniz Xəlilovanın ondan hissə-hissə olmaqla 836 min manat pul tələb etdiyini göstərib. Elgün Həsənli
Mənbə
oxu.az