İdman
Ronald Kuman: "Müdafiədə beş oyunçu ilə çıxış etsək də, yenə tənqid olunduq" - VİDEO
Futbol üzrə Niderland millisinin baş məşqçisi Ronald Kuman dünya çempionatında (DÇ-2026) mübarizəni dayandırdıqdan sonra komandasının ünvanına səsləndirilən tənqidlərə münasibət bildirib. Oxu.Az Championat.com-a istinadən xəbər verir ki, matç bitdikdən sonra Kuman yığmanın taktiki sxemi ilə bağlı kənardan gələn tənqidlərə əhəmiyyət verməyəcəyini vurğulayıb. "Bütün Niderland beş müdafiəçi ilə oynamalı olduğumuzu deyirdi. Biz müdafiədə beşliklə çıxış etdik, lakin yenə də tənqid olunduq. Bir daha təkrar edirəm: tənqidlərə əhəmiyyət vermirəm", - deyə Kuman bildirib. Qeyd edək ki, Niderland millisi turnirdəki iştirakını 1/16 final mərhələsində başa vurub. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitən matçın penaltilər seriyasında komanda Mərakeşə məğlub olub (3:4).
Mənbə
oxu.az