Kriminal
Cəlilabadda ev yandı
Cəlilabad rayonu, Hamarqışlaq kəndində fərdi yaşayış evində yanğın baş verib. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar. Yanğınsöndürənlərin tərəfindən yanğın qısa müddətdə söndürülüb. Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Mənbə
oxu.az