Digər

26 avtomobil hərraca çıxarıldı - Diqqətçəkən qiymətlər

01 Oct 2026, 19:15 1 baxış
26 avtomobil hərraca çıxarıldı - Diqqətçəkən qiymətlər

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda daha 26 nəqliyyat vasitəsi satılıb.


Axar.az xəbər verir ki, hərracda start qiyməti 11 700 manat olan "Toyota Korolla" markalı avtomobil 14 500 manata, ilkin qiyməti 12 300 manat olan "Hunday Equus" markalı nəqliyyat vasitəsi 14 123 manata manata satılıb.


Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.


Növbəti hərraclar 6, 13, 20 və 27 oktyabr tarixlərində keçiriləcək.


Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" saytlarından seçim edə bilərlər.

Mənbə axar.az

Oxşar Xəbərlər