İdman
Almaniya üzərində qələbə milli bayrama çevrildi - Video
Paraqvay Prezidenti Santyaqo Penya 2026-cı il FİFA Dünya Kubokunda milli komandanın Almaniya üzərində qələbəsinin şərəfinə 30 iyun tarixini milli bayram elan edib.
Axar.az xəbər verir ki, bu barədə Penya özünün X səhifəsində məlumat yayıb.
Penya həmçinin fərmanın imzalanmasının fotosunu paylaşıb.
Prezident milyonlarla həmvətənini bir bayraq altında birləşdirdikləri və ölkəyə sevinc gətirdikləri üçün futbolçulara təşəkkür edib.
Qeyd edək ki, Almaniya penaltilər seriyasında Paraqvaya məğlub olaraq dünya çempionatında mübarizəni dayandırıb.
Mənbə
axar.az