İdman

Almaniya üzərində qələbə Paraqvayda bayram kimi qeyd olundu - VİDEO

30 Jun 2026, 09:32 1 baxış
Almaniya üzərində qələbə Paraqvayda bayram kimi qeyd olundu - VİDEO
Paraqvay Prezidenti Santyaqo Penya milli komandanın futbol üzrə dünya çempionatının (DÇ-2026) 1/8 final mərhələsinə adlaması münasibətilə 30 iyun tarixini ölkədə bayram günü elan edib. Oxu.Az xəbər verir ki, bu barədə dövlət başçısı sosial şəbəkə hesabında məlumat verib.

Qeyd edək ki, 1/16 finalda Paraqvay yığması gözlənilmədən güclü Almaniya seçməsini məğlubiyyətə uğradıb. Qarşılaşmanın əsas və əlavə vaxtında 1:1 hesablı bərabərlik qeydə alınıb.

Penaltilər seriyasında isə cənubi amerikalılar daha dəqiq olublar - 4:3.

"Paraqvay heç vaxt təslim olmur. Bu gün bayramdır!" - deyə Penya bildirib. 1/8 final mərhələsində Paraqvayın rəqibi Fransa - İsveç görüşünün qalibi olacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər