İdman

Niderland yığması dünya çempionatları tarixində unikal rekorda imza atıb

30 Jun 2026, 09:56 1 baxış
Niderland yığması dünya çempionatları tarixində unikal rekorda imza atıb
Futbol üzrə dünya çempionatının (DÇ-2026) 1/16 final mərhələsi çərçivəsində Niderland və Mərakeş yığmaları arasında gərgin qarşılaşma baş tutub. Oxu.Az xəbər verir ki, matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib və tərəflər 1:1 hesablı bərabərliyə razılaşıblar. Penaltilər seriyasında isə Mərakeş millisi daha dəqiq olub - 3:2. Bununla da Niderland seçmə komandası futbol tarixinə iştirak etdiyi ardıcıl üç dünya çempionatından heç bir oyunda məğlubiyyət yaşamadan kənarlaşdırılan ilk yığma kimi düşüb. Son 12 il ərzində niderlandlılar mundiallarda nə qrup mərhələsində, nə də pley-offda əsas və ya əlavə vaxtda uduzmayıblar. Bütün məğlubiyyətlər yalnız penaltilər seriyasından sonra qeydə alınıb: DÇ-2014-ün yarımfinalında Argentina yığmasına (0:0, penaltilərlə 2:4) və DÇ-2022-nin 1/4 finalında yenə eyni rəqibə (2:2, penaltilərlə 3:4). Qeyd edək ki, Niderland dünya çempionatlarında əsas vaxtda sonuncu dəfə 2006-cı ildə, 1/8 final mərhələsində Portuqaliya yığmasına 0:1 hesabı ilə məğlub olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər