İdman

DÇ-2026: Mərakeş Niderlandı məğlub edib 1/8 finala yüksəldi

30 Jun 2026, 07:58 2 baxış
DÇ-2026: Mərakeş Niderlandı məğlub edib 1/8 finala yüksəldi
Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsi çərçivəsində Niderland - Mərakeş qarşılaşması baş tutub. Oxu.Az xəbər verir ki, oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. 72-ci dəqiqədə Kodi Qapko Niderland millisini hesabda irəli keçirsə də, qarşılaşmanın əsas vaxtına əlavə edilmiş 1-ci dəqiqədə İssa Diop cavab qolunu vura bilib. Qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılıb. Burada da qalib müəyyənləşməyib. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada isə Mərakeş yığması üstün olub - 3:2. Bununla da Afrika təmsilçisi 1/8 finala yüksəlib.
Mənbə oxu.az

Oxşar Xəbərlər