Maraqlı

Ağcaqanadları hansı əlamətlərlə cəlb edirik? - Mütəxəssisdən maraqlı açıqlama

30 Jun 2026, 04:20 1 baxış
Ağcaqanadları hansı əlamətlərlə cəlb edirik? - Mütəxəssisdən maraqlı açıqlama
Bəzi insanların ağcaqanadlar tərəfindən digərlərinə nisbətən daha çox "hədəf" seçilməsinin səbəbi məlum olub. Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis Nikolay Durmanov Gazeta.ru-ya müsahibəsində danışıb. Ekspert bildirib ki, ağcaqanadlar üçün insan bədəni istilik və müxtəlif uçucu maddələr yayan bir obyekt funksiyasını daşıyır: "Dəri mikrobiomu insanın vəziyyətindən və gigiyena vərdişlərindən asılı olaraq müxtəlif qoxulu maddələr ifraz edir. Ağcaqanadlar üçün ən cəlbedici qoxular isə süd turşusu və dəri tərəfindən ayrılan digər təbii ifrazatlardır". Qoxu hissindən əlavə, qansoran həşəratlar görmə qabiliyyətindən də aktiv istifadə edirlər. Onların diqqətini çəkən əsas faktorlardan biri kontrast siluetlərdir: "İnsanın aktivliyi və geyindiyi tünd rəngli paltarlar ağcaqanadlar üçün bir növ "siqnal" rolunu oynayır. Əgər açıq rəngli geyimlərə üstünlük versəniz və hərəkətsiz qalsanız, bu həşəratların diqqətini daha az cəlb edə bilərsiniz". Nikolay Durmanov spirtli içkilərin qəbulunun da insanı ağcaqanadlar üçün prioritet hədəfə çevirdiyini vurğulayıb: "Spirtli içki qəbul edən insanlar daha aktiv olurlar, rəqs edir, mahnı oxuyurlar. Bu zaman bədən daha çox tərləyir və ətrafa daha çox istilik yayır ki, bu da ağcaqanadları daha çox cəlb edir".
Mənbə oxu.az

Oxşar Xəbərlər