İdman
DÇ-2026: Almaniya mundialdan kənarda qaldı - VİDEO
Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) 1/16 final mərhələsinin üçüncü oyunu keçirilib. Oxu.Az xəbər verir ki, ABŞ-nin Foksboro şəhərində keçirilmiş qarşılaşmada Almaniya və Paraqvay milliləri üz-üzə gəliblər. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Matçın 42-ci dəqiqəsində Xulio Ensiso Cənubi Amerika təmsilçisini hesabda önə çıxarıb. Almanlar yalnız ikinci hissədə hesaba tarazlıq gətirə biliblər. 54-cü dəqiqədə Kay Haverts fərqlənib.
Görüşün qalibinə penaltilər seriyasında aydınlıq gətirilib. 11 metrlik zərbələrdə daha dəqiq olan Paraqvay millisi 4:3 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Paraqvay 1/8 final mərhələsində Fransa - İsveç cütünün qalibi ilə qarşılaşacaq.

Mənbə
oxu.az