Cəmiyyət

Dünya Bankı buna görə Azərbaycana 410 milyon ayıracaq

29 Jun 2026, 22:25 2 baxış
Dünya Bankı buna görə Azərbaycana 410 milyon ayıracaq

Dünya Bankı “Yaşana bilən Bakı” layihəsinin icrasına 410 milyon ABŞ dolları ayırmağı planlaşdırır.


Axar.az Report-a istinadla xəbər verir ki, Dünya Bankının məlumatına görə, layihənin 26 oktyabr 2026-cı il tarixinədək qiymətləndirilməsi planlaşdırılır, Direktorlar Şurası tərəfindən təsdiqi isə 2027-ci il fevralın 18-nə nəzərdə tutulub.


Maliyyələşdirmə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (Dünya Bankının strukturuna daxildir) xəttilə həyata keçiriləcək.


Layihənin ümumi dəyəri 501,25 milyon ABŞ dolları təşkil edir – Azərbaycan hökumətinin payı 91,25 milyon ABŞ dolları məbləğində nəzərdə tutulur. Layihənin məqsədi Böyük Bakı və ətraf ərazilərdə həyat keyfiyyətinin yüksəldilməsi və iqlim təhdidlərinə qarşı dayanıqlığın gücləndirilməsidir.


Layihə çərçivəsində Azərbaycan paytaxtının şəhər mühitinin ən aktual ekoloji problemlərin həlli məqsədilə razılaşdırılmış kapital qoyuluşu və institusional inkişaf tədbirlərinin maliyyələşdirilməsi təmin ediləcək. Layihəyə bir-birini tamamlayan üç investisiya komponenti və bir layihə idarəetməsi komponenti daxildir. Layihənin konsepsiyasına əsasən, Bakının şəhər mühitinin keyfiyyətinin və dayanıqlığının yüksəldilməsi infrastruktur boşluqlarının, ekoloji çirklənmənin aradan qaldırılması və institusional imkanların gücləndirilməsi üçün paralel səylər göstərilmədən qeyri-mümkündür.

Mənbə axar.az

Oxşar Xəbərlər