İdman
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
Azərbaycan cüdoçusu Zəhra Quliyeva yeniyetmələr arasında Avropa çempionu olub. Oxu.Az xəbər verir ki, o, finalda macarıstanlı Nora Pirbus-Qrofla qarşılaşıb. Rəqibinə tam üstünlüklə qalib gələn Z.Quliyeva İspaniyada keçirilən qitə birinciliyinin qızıl medalına sahib çıxıb.
Mənbə
oxu.az