Cəmiyyət
Qorxulu anlar yaşayan sakinlər səksəkədə: "Sanki zəlzələ oldu" - VİDEO
Bakının Binəqədi rayonunun 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, 50 ünvanında irigövdəli ağacın budaqları qırılaraq beşmərtəbəli yaşayış binasının üzərinə düşüb. Sakinlərin sözlərinə görə, hadisə nəticəsində bəzi mənzillərin dam örtüyü və tavanı zədələnib. "Elə bildim, zəlzələ oldu. Mətbəxə girəndə gördüm ki, tavan uçur, evə su dolur. Vəziyyət çox pisdir, gecələr qorxa-qorxa yatırıq", - deyə sakinlərdən biri bildirib. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata görə, ağacdan qırılaraq düşən budaqlar ərazidən yığışdırılıb. Qeyd olunub ki, xüsusi texnikanın ünvana giriş imkanının məhdud olması səbəbindən ağacın qalan hissələrinin budanması yaxın günlərdə həyata keçiriləcək. Daha ətraflı Baku TV-nin videomaterialında:
Mənbə
oxu.az