İdman
Məşhur futbolçu Ekvador yığmasının yeni kapitanı oldu
Londonun "Çelsi" klubunun və Ekvador yığmasının yarımmüdafiəçisi Moyses Kaysedo bundan sonra milli komandanın kapitanı kimi çıxış edəcək. Oxu.Az xəbər verir ki, bu barədə tanınmış insayder və jurnalist Fabritsio Romano sosial şəbəkə hesabında məlumat verib. Məlumata əsasən, kapitanlıq sarğısını ona əvvəllər bu statusu daşıyan hücumçu Enner Valensiya şəxsən təqdim edib. Xatırladaq ki, Kaysedo dünya çempionatının (DÇ-2026) qrup mərhələsinin Almaniya yığmasına qarşı keçirilən son oyununda (2:1) meydana kapitan qismində daxil olmuşdu. "Çelsi"nin futbolçusu millinin heyətində indiyədək 64 oyun keçirib. O, bu görüşlərdə aktivinə 3 qol və 9 məhsuldar ötürmə yazdırıb. Qeyd edək ki, Ekvador DÇ-2026-nın 1/16 final mərhələsində Meksika seçməsi ilə qarşılaşacaq. Sözügedən matç iyulun 1-də Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.
Mənbə
oxu.az