İdman

Entso Mareska "Mançester Siti"nin yeni baş məşqçisi oldu - FOTO

29 Jun 2026, 18:00 1 baxış
Entso Mareska "Mançester Siti"nin yeni baş məşqçisi oldu - FOTO
Entso Mareska "Mançester Siti" klubunun baş məşqçisi vəzifəsinə təyin olunub. Oxu.Az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytında məlumat verilib. Tərəflər arasında üç illik müqavilə bağlanılıb. İtaliyalı mütəxəssis "Mançester Siti"də iş təcrübəsinə malikdir. O, 2022-2023-cü illər aralığında Xosep Qvardiolanın məşqçilər heyətində yer alıb. Daha əvvəl isə italiyalı çalışdırıcı klubun gənclərdən ibarət komandalarında fəaliyyət göstərib.
Xatırladaq ki, mayda "Mançester Siti"nin rəsmi saytı Xosep Qvardiolanın 2025/2026-cı illər mövsümünün sonunda baş məşqçi postunu tərk edəcəyini açıqlamışdı. Onun mövcud müqaviləsinin müddəti isə 2027-ci ilin yayına qədər nəzərdə tutulmuşdu. Qeyd edək ki, Mareska yanvarda "Çelsi"nin baş məşqçisi postundan ayrılıb.
Entso Mareska "Mançester Siti"nin yeni baş məşqçisi oldu - FOTO Entso Mareska "Mançester Siti"nin yeni baş məşqçisi oldu - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər