Cəmiyyət

Səbinə Mehdiyevaya vəzifə verildi - FOTO

29 Jun 2026, 17:00 2 baxış
Səbinə Mehdiyevaya vəzifə verildi - FOTO
Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub. Oxu.Az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Agentliyin müvafiq əmrinə əsasən, Səbinə Mehdiyeva Azərbaycan Milli Konservatoriyasının nəzdində Bakı Musiqi Kollecinin direktoru vəzifəsinə təyin edilib. Səbinə Mehdiyeva 2021-ci ildən hazırkı təyinatınadək Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin direktoru vəzifəsində çalışıb. O, respublika və beynəlxalq müsabiqələrin laureatıdır. O, eyni zamanda bir sıra elmi məqalələrin və dərs vəsaitlərinin həmmüəllifidir.
{{gallery}}
Səbinə Mehdiyevaya vəzifə verildi - FOTO Səbinə Mehdiyevaya vəzifə verildi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər