İdman
"Araz-Naxçıvan" İssouf Paro ilə müqaviləni yenilədi
"Araz-Naxçıvan" son iki mövsümdə komandanın heyətində çıxış edən İssouf Paro ilə yeni müqavilə imzalayıb. Oxu.Az xəbər verir ki, bu barədə "Araz-Naxçıvan" FK məlumat yayıb. Bildirilib ki, mərkəz müdafiəçisi 2026-2027-ci illər mövsümündə də "qırmızı-ağlar"ın formasını geyinəcək. Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər