Kriminal

"Azərişıq" ASC-nin əməkdaşını cərəyan vurub öldürdü

29 Jun 2026, 11:24 2 baxış
"Azərişıq" ASC-nin əməkdaşını cərəyan vurub öldürdü
Ağcabədi rayonunda "Azərişıq" ASC-nin əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə iyunun 28-də saat 18 radələrində baş verib. Rayonun Avşar kənd sakini, 2002-ci il təvəllüdlü Vəli Əli oğlu Süleymanov şəhər ərazisində naqilləri bərpa edərkən onu elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər