İdman

Harri Keyn "Barselona"nın maraq dairəsinə düşdü

29 Jun 2026, 10:20 1 baxış
Harri Keyn "Barselona"nın maraq dairəsinə düşdü
"Barselona" klubu "Bavariya"nın və İngiltərə yığmasının hücumçusu Harri Keynin transfer imkanlarını araşdırır. Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, İspaniya təmsilçisi mümkün keçidi müzakirə etmək məqsədilə 32 yaşlı forvardın yaxın çevrəsi ilə əlaqə saxlayıb. Lakin futbolçu Almaniyada özünü rahat hiss edir və hazırda "Bavariya" ilə müqaviləsinin uzadılması ehtimalına köklənib. Qeyd edək ki, Keyn hazırda İngiltərə millisinin heyətində futbol üzrə dünya çempionatında (DÇ-2026) çıxış edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər