İdman

Ramil Şeydayev Rusiya yolunda...

29 Jun 2026, 10:14 1 baxış
Ramil Şeydayev Rusiya yolunda...

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev karyerasını yenidən Rusiyada davam etdirə bilər.


Axar.az "Sport-Express” nəşrinə istinadla xəbər verir ki, 30 yaşlı hücumçu Mahaçqala "Dinamo”sunun maraq dairəsinə düşüb.


Mövsüm başa çatar-çatmaz "Qarabağ”dan ayrılan Şeydayev azad agentdir. Rusiya klubu hazırda forvardla danışıq aparır.


Ramil ötən mövsüm "Qarabağ”ın heyətində 11 oyun keçirib, 2 qol, 1 assistlə yadda qalıb.


Qeyd edək ki, bundan əvvəl futbolçunun “Şəfa” klubu ilə danışıqlar aparması barədə məlumat yayılmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər