İdman

PSJ italiyalı qapıçını heyətinə qatdı

29 Jun 2026, 09:40 2 baxış
PSJ italiyalı qapıçını heyətinə qatdı
Fransanın PSJ klubu italiyalı qapıçı Alessandro Lonqoni ilə rəsmi müqavilə imzalayıb. Oxu.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist və insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında məlumat yayıb. Onun bildirdiyinə görə, 18 yaşlı qolkiper Paris klubunun sıralarına azad agent kimi qoşulub. İtaliyanın "Milan" klubunun yetirməsi olan Lonqoni bu komandanın aşağı yaş qruplarında çıxış edib. Romanonun sözlərinə görə, gənc qapıçı Paris klubunda üçüncü qolkiper funksiyasını yerinə yetirəcək. Keçən mövsüm bu rolu icra edən Renato Marin isə Portuqaliya komandalarından birinə icarə əsasında göndəriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər