İdman

DÇ-2026: İlk 1/8 finalçı məlum oldu - VİDEO

29 Jun 2026, 01:04 2 baxış
DÇ-2026: İlk 1/8 finalçı məlum oldu - VİDEO
Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsinin ilk oyunu baş tutub. Oxu.Az xəbər verir ki, Los-Anceles şəhərində keçirilən qarşılaşmada Kanada Cənubi Afrika Respublikası (CAR) millisinə minimal hesabla qalib gəlib - 1:0.

Yeganə qolu görüşün 90+2-ci dəqiqədə Stiven Euştakiu vurub. Kanada millisi 1/8 finalda Niderland - Mərakeş cütünün qalibi ilə üz-üzə gələcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər