Kriminal

Qubada sıldırımdan yıxılan alpinist təxliyə edildi - Video

29 Jun 2026, 00:12 2 baxış
Qubada sıldırımdan yıxılan alpinist təxliyə edildi - Video

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonu ərazisində Böyük Qafqaz dağlarının Bazardüzü zirvəsi istiqamətində bir nəfər alpinistin sıldırımdan yıxılaraq xəsarətlərlə köməksiz və təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.


FHN-dən Axar.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin peşəkar alpinist-xilasedicilərdən ibarət qrupu hadisə yerinə cəlb olunub.


Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2000-ci il təvəllüdlü Cəfərov Altay Aqşin oğlunun Böyük Qafqaz dağlarının Bazardüzü zirvəsi istiqamətində dəniz səviyyəsindən təxminən 3500-3800 metr yüksəklikdə sıldırımdan yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və həyati təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.


Xüsusi Riskli Xilasetmə Xidmətinin alpinist qrupu tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri sayəsində təhlükəli vəziyyətdə qalan A.Cəfərov yerində ilkin yardım göstərilməklə, çətin keçidli dağlıq ərazidən təxliyə edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.


Mənbə axar.az

Oxşar Xəbərlər