İdman
Azərbaycan cüdoçuları Avropa açıq turnirində dörd medal qazanıblar - FOTO
Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa açıq turniri başa çatıb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. Bildirilib ki, son yarış günündə Əjdər Bağırov (100 kq) Azərbaycan millisinin hesabına növbəti medalı yazdırıb. Cüdoçu gümüş mükafata sahib çıxıb. Xatırladaq ki, ilk yarış günündə Elşən Əsədov (66 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) gümüş, Kamran Süleymanov (73 kq) isə bürünc medal qazanmışdı. Azərbaycan millisi turniri bir qızıl, iki gümüş və bir bürünc olmaqla ümumilikdə 4 medalla başa vurub. Yığma 38 ölkə arasında ümumi komanda hesabında altıncı yeri tutub, kişilər arasında isə Fransa ilə ikinci-üçüncü pillələri bölüşüb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az