Kriminal

Yevlaxda yük vaqonunda yanğın baş verdi - Foto

28 Jun 2026, 19:47 1 baxış
Yevlaxda yük vaqonunda yanğın baş verdi - Foto

Yevlax dəmir yolu vağzalında içərisində kükürd olan yük vaqonunda yanğın baş verib.


Axar.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 08:50 radələrində qeydə alınıb.


Məlumata görə, hadisə ilə əlaqədar Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax Yanğından Mühafizə Qatarı tərəfindən operativ tədbirlər görülüb.


Yanğın qısa müddətdə söndürülüb, təhlükəsizlik təmin olunub.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər